
Şəfa verməli olan dərman zəhərləyir!- Nə etməli? – “Monopoliya aradan qalxsın”
Yusif Nəzərli
15:51 15.04.2022
Sağlamlıq
902
«Dövlət reyestrı yaradılsın, dərmanların idxalına məsul olan qurumlar bunlarla bağlı məlumatlandırılsın”
Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Hadisə şəhərin Miryusif Axundzadə küçəsində baş verib. 1994-cü il təvəllüdlü Z.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 28 yaşlı qadının hansı səbəbdən dərman içərək zəhərlənməsi məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Dərmandan zəhərlənmə halları ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tanınmış həkim-cərrah Adil Qeybulla bildirib ki, dərmandan və digər zəhərlənmə halları məhkəmə tibbi-ekspertizanın predimetinə aiddir:
“Yəni, bunun haqqında danışmaq üçün mütləq ortada rəy olmalıdır. O baxımdan da bəzən zəhərlənmə faktları deyilsə də, tam təsdiq edilmir. Bu hüquqi məsələdir və mütləq ekspertizadan keçməlidir”.
Doktor dərmandan zəhərlənmə hallarının baş vermə səbəblərini sadalayıb:
“Dərmanın dozası artıq qəbul olunduğu zaman toksiki vəziyyət yarana bilər. Xüsusilə də suisid hallarında, özünə qəsd məqsədilə insanlar həblərin həddən artıq qəbulu ilə bununla rastlaşa bilər. İkincisi, dərmanın tərkibində dərman əlavəsi deyilən madələr var ki, bunlar dərmana ayrıca dad, rəng strukturları verir. Bunlar bəzən keyfoiyyətsiz materialdan hazırlanır və problem yaradır. Digər bir səbəb isə dərmanın texniki standartlara uyğun hazırlanmamasıdır. Məsələn, tərkibində təsiredici maddə yetərincə deyil və.s. Bu zəhərlənmə yaratmır. Zəhərlənmə yaradan adətən, həmin dərmanların tam rafinasiya olunmamasıdır. Bu da texniki standarta ziddir. Bunlar pozulan zaman zəhərlənmə ola bilər. Bundan başqa tez təsir edən dərman prepartları, mələsən, arterial təzyiqi salan yaxud qaldıran, şəkərə təsir edən və.s kimi maddələr dozadan artıq istifadəsi zamanı da dərman toksikozu yarana bilər”.
A.Qeybullanın sözlərinə görə, aidiyyəti dövlət qurumları bu sahəyə diqqət göstərməlidir:
“Dərmanların texniki standartlara uyğun gəlməməsində onları ölkəyə gətirən şirkətlər məsuliyyət daşıyır. Təəssüflər olsun ki, mütamadi olaraq, bu hallarla rastlaşırıq. Ona görə də müvafiq dövlət qurumları buna diqqəti yönəltməlidir. Yaxşı olar ki, dərman monopoliyası aradan qaldırılsın, dövlət reyestrı yaradılsın, dərmanların idxalına məsul olan qurumlar bunlarla bağlı məlumatlandırılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya
Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var
13:41 17.11.2026
Dünya
Kreml: Krım körpüsü ətrafında vəziyyət Putinə məruzə olunub
13:30 17.11.2026
Dünya
Vəkillər ödənişlərini ala bilmirlər - Deputat
13:14 17.11.2026
Gündəm