Stresdə olarkən çəkinizə belə nəzarət edin
18:50 28.11.2021
Sağlamlıq
655
Stressin bədən çəkisinə ciddi təsiri var. Bu bəzi şəxslərdə çəki almaq və ya tam əksi arıqlamaqla nəticələnə bilər. Stress altında olduğunuz zaman yemək vərdişləriniz dəyişir. Bəzilərində iştahsızlıq, bəzilərində isə yemək istəyi artır. Bu da təbii olaraq çəkiyə təsir edir.
Sherg.az Axşam.az-a istinadən stressi azaldaraq çəkinizi nəzarətdə saxlamağınıza yardımçı olacaq üsulları təqdim edir:
İdmanla məşğul olun
İdman etmək iki fərqli şəkildə çəki verməyinizə kömək olacaq. Birincisi, bədəni hərəkətdə saxlayır, ikincisi, isə stress səviyyəsini azaltmağa kömək edir.
Qidalanmaya diqqət edin
Yemək vərdişlərinizi nəzarət altında saxlayaraq çəki almağın qarşısını ala bilərsiniz. Sadə qida gündəliyi və qeydlər apararkən sağlam olmayanları fərqli bir rəngdə yazmaq bütün zərərli qidaları, xüsusən cips kimi məhsulları istifadə etməzdən əvvəl iki dəfə düşünməyinizə səbəb olacaq. Karbohidratların və yağların sizi xoşbəxt etməcəyini xatırlayacaqsınız.
Prioritetlərinizi təyin edin
Stress altında olduğumuz zaman davranışlarımız haqqında çox düşünə bilmərik. Bunu sistemli hala salaraq qida, iş və vacib olan öncəliklərinizi düzgün şəkildə edə bilərsiniz.
Yeməkdən əvvəl dərindən nəfəs alın
Nəfəs almaq düşünmədən etdiyimiz bir şeydir. Dərindən nəfəs almaq isə sakitləşdirici təsir göstərərək stress hormonlarının səviyyəsini azaltmağa kömək edir. Hər yeməkdən əvvəl bir neçə dəfə dərin nəfəs almaq sakitləşməyinizə kömək edəcək.
Stressi azaldacaq fəaliyyətlərə yer verin
Yaxşı bir kitab, isti içki və sakit musiqi ilə keçirdiyiniz bir neçə saat stressin bədənə təsirini və yemək istəyini azaldacaq. Yoqa və meditasiya kimi mənəvi məşqlər də stresslə mübarizədə çox faydalıdır. Stresdən qaynaqlanan çəki nəzarətinin ən təsirli həlli onu aradan qaldırılmasına yönəlməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm