TƏBİB rəsmisindən “CoronaVAC”la bağlı AÇIQLAMA
14:35 27.08.2021
Sağlamlıq
487
“Pandemiyanın dayanması üçün, peyvəndlənmədən başqa yolumuz yoxdur”.
Bu sözləri TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib. O bildirib ki, hər kəs bunu bilməli və başa düşməlidir:
“Qorunma tədbirləri lazımlı olsa da müvəqqətidir. Bizim orqanizmdə immunitet yaranmasa, insanların təqribən 70-80 faizi peyvəndlənməsə, pandemiya davam edəcək. Bu isə bizə bir çox maneələr yaratmaqla yanaşı, ciddi fəsadların baş verməsinə səbəb olacaq”.
Direktor müavini hazırda effektlivliyinin zəif olması barədə iddialar səsləndirilən Çinin “Sinovac” şirkətinə məxsus olan “CoronaVAC” peyvəndi ilə bağlı da fikirlərini bölüşüb:
“Bu, sınanmış üsullarla hazırlanan klassik peyvənddir. Tərkibində öldürücü virus var və minimal yan təsirlərə malikdir. “CoronaVAC” ancaq bədəndə immunitet yaradır. Bu peyvəndi vurduranlar ya xəstəliyi keçirmir, ya da yüngül keçirirlər. Onun təsiri super effektli olmasa da, kifayət qədərdir.
Türkiyədə “CoronaVAC”ın sınaqları baş tutub. Nəticələrə görə, peyvənd növü 92 faiz effektli olub. Ola bilər ki, digər peyvəndlərdə effektlilik faizi bir neçə faiz yüksək olsun, ancaq burada məsələni bir-iki faiz yüksəklik həll etmir”.
A.Qurbanov qeyd edib ki, Azərbaycanda istifadə olunan peyvənd növlərinin hər birinin effektivliyi sübut olunub:
“Vurğulayım ki, statistik məlumatlara görə, ölkədə koronavirusdan ölən və reanimasiyaya düşənlərin əksəriyyəti peyvənd olunmayanlardır. Ona görə də hər bir vətəndaşı peyvəndləmədə aktiv iştiraka səsləyirəm”.
Mənbə: Lent.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə