Türkiyədə koronavirus infeksiyasının yayılma tempi yenidən artıb
22:05 05.04.2021
Sağlamlıq
466
Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasında, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir.
AZƏRTAC Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 5-də ölkədə 245 min 496 nəfər testdən keçirilib. Onlardan 42 min 551 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb, 1706 nəfər xəstəxanalara cəlb edilib. Gün ərzində bu xəstəlikdən 193 nəfər ölüb, 25 min 627 nəfər isə sağalıb.
İndiyədək ümumilikdə 3 milyon 529 min 601 nəfərdə virus aşkarlanıb, 32 min 456 nəfər ölüb.
Hazırda 2 min 407 nəfər reanimasiyadadır. Ağır xəstə sayının durmadan artması ölüm hallarının yüksəlişinə birbaşa təsir göstərir.
Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin əsasını virusa qarşı kütləvi peyvəndləmə təşkil edir. Ölkəyə müxtəlif növ vaksinlər gətirilməyə başlasa da, hazırda kütləvi peyvəndləmə Çindən alınan “Sinovac” vaksinini ilə aparılır. Səhiyyə naziri Fahrettin Koca son açıqlamalarının birində ifadə edib ki, peyvənd olunmaq virusdan qorunmaq üçün maska taxmaq və sosial məsafə saxlamaqdan daha səmərəli tədbirdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə