Üçüncü dozaya niyə ehtiyac var?- Həkimdən izah
Banuçiçək Kalbalıyeva
12:45 20.08.2021
Sağlamlıq
545
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib ki, hazırda Azərbaycanın kifayət qədər vaksin ehtiyatı var. Onun sözlərinə görə, bununla bağlı hər hansı bir problem yoxdur: “Vaksin ehtiyatımız ilin sonuna kimi kifayət edəcək. Əgər ölkədə 3-cü doza tətbiq olunarsa, növbəti il üçün vaksinlərin alınması barədə danışıqlar aparılacaq”.
Azərbaycan Demokrat Partiyasının sədr müavini, həkim Həsrət Rüstəmov üçüncü doza ilə bağlı “Sherg.az”a danışdı:
“Bu, çox əhəmiyyətlidir. İkinci dozanın üzərindən 6 ay keçdikdən sonra immunitet hüceyrələri azalır. Beləliklə, üçüncü dozaya ehtiyac olur. Artıq Qərb ölkələrində, o cümlədən Türkiyədə sözügedən təcrübə tətbiq olunur”.
H. Rüstəmov, həmçinin peyvənd əleyhinə qara piara toxundu:
“Başa düşürəm, həmişə vaksinlə bağlı müxtəlif şübhələr, iddialar olur. Amma insanların bu qədər həvəslə koronavirus əleyhinə niyə təbliğat apardıqlarını anlaya bilmirəm. Vaksinə qarşıı kampaniya insanlıq əleyhinə təbliğatdır. Fikrimcə, peyvəndlənmə sürətləndikcə və üçüncü doza vurulduqca vəziyyət düzələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət