ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”
03:05 26.08.2021
Sağlamlıq
540
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırki mərhələdə koronavirusa qarşı peyvəndin əlavə dozalarını tövsiyyə etməyə hazır deyil.
TASS xəbər verir ki, bunu brifinqdə təşkilatın baş elmi işçisi Sumya Svaminatan bəyan edib.
O, qeyd edib ki, ÜST-ün bu məsələdə mövqeyi elmi dəlillərə əsaslanır. Bu dəlillər isə, hələlik yetərincə deyil.
Brifinq zamanı təşkilat sədri Tedros Adanom Qebreyesus da əlavə doza vaksinlərin tətbiq edilməsi məsələsinə toxunub. O, üçüncü dozanın faydası və təhlükəsiliyini şübhə altına alıb.
“Peyvəndin gücləndirici üçüncü dozasının faydası barədə yekun rəy hələ ki, yoxdur. Biz onun təhlükəsiz olub-olmadığını da bilmirik”, -deyə Qebreyesus bildirib.
Qurum rəhbəri ötən həftə ərzində dünya üzrə COVID-lə bağlı ölüm və yeni yoluxma hallarının yüksək səviyyədə sabitləşdiyini vurğulayıb. Onun sözlərinə görə, avqustun 16-22-də dünyada 4.5 milyondan çox yeni yoluxma və 68 indən çox ölüm halı qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə