
Xərçəng vaxtında müalicə oluna bilir -ŞOK AÇIQLAMA
Yusif Sultanoğlu
07:53 31.03.2024
Sağlamlıq
673
İlkin mərhələlərdə adətən kimyaterapiyaya ehtiyac olmur
Ümumi cərrah Ceyhun İsayev sosial media hesabında süd vəzi xərçəngini alternativ yolla “müalicə” edən həkimləri qadın terroristi adlandırıb.
Onun sözlərinə görə, bir qrup dələduz kimyaterapiya və əməliyyatdan qorxan xəstələri aldadaraq onların həyatını ciddi təhlükə altına salır: “Dəfələrlə bədəni çürümüş halda bizə müraciət edən xəstələr olub ki, xəstəliyi niyə bu qədər gecikdirdiyini soruşanda “Gürcüstanda bir həkim var, əli ilə müalicə edirdi. İllərdir onun yanına gedirdim. Deyirdi ki, bu yandan çıxan ət parçaları yaxşı əlamətdir. Süd vəzi özünü bərpa edir… 3 qohumum kimyaterapiya aldı və vəfat elədi, mən də bu yola getdim” deyə cavablar alırıq. Halbuki kimyaterapiya əməliyyat və radioterapiya alan yüzlərcə xəstə var ki, 10 ildən çoxdur “ top” kimidir. "Xərçəngi alternativ üsulla müalicə edirəm" deyən dələduzlar tək Gürcüstanda deyil, yadınızdadırsa, bir ara da bu işlə məşğul olan iranlı biri vardı. Onun qurbanı olan qadına dedim ver məhkəməyə, arxanda durmuşam, get səndən aldığı 6.000 manatı al, özünü də həbs eləsinlər. Uzun mübarizədən sonra həmin iranlı qadının pulunu qaytarıb, özü də qaçdı ölkədən. Biri də var Türkiyə türküdü. Guya professordu. Bütün günü sponsorlu reklam üstünə reklam verir. Bir dəfə səhifəsinə yazdım ki, niyə insanları aldadırsız? Necə boğazınızdan keçir yedikləriniz? Həmin an bloka atdı məni. Bir ziyalı qadın vardı, kimyaterapiyalar aldı, uzun müddət sonra əməliyyat etdim. Özbək bir “professorun” qurbanı idi.. Guya xərçəngi alternativ üsulla müalicə edən yerli şərəf yoxsullarımız da az deyil. Hamısı yalançı və dələduzdur. Sadəcə, qadınların ölüm və kimyaterapiya qorxusundan istifadə edirlər. Amma sonuna qədər bu şərəf yoxsulu terroristlərə qarşı savaşacam. Mənim qətiyyən reklama ehtiyacım yoxdur! Bilən bilir!!! Sadəcə, bu cür maarifləndirmə xarakterli çıxışlar edirəm ki, daha neçə qadınımız bu kələkbazlara, fırıldaqçılara inanmasın.! Əgər hələ də gürcüstanlı terroristin yanına gedən varsa, ayılsın!!! Bu cəhaləti dayandırın! Yazıqsınız !!!”.
Mamoloq-onkoloq Şövkət Əliyeva isə hesab edir ki, irəliləmiş xərçəng üçün birincili müalicə kimyaterapiyadır. Xərçəng vücudun digər bölgələrinə yayılıbsa, əməliyyat mümkün deyilsə, kimyaterapiya göstərişdir:

“Süd vəzi xərçəngi müalicəsi bir neçə üsulla aparılır ki, bunlardan biri də kimyaterapiyadır.
Kimyaterapiya zamanı xərçəng hüceyrələrini məhv etmək üçün dərmanlardan istifadə edilir. Bu dərmanlar ya iynə vasitəsilə birbaşa venaya yeridilir və ya tablet olaraq qəbul edilir. Kimyaterapiya, cərrahiyyə və ya hormon müalicələrə əlavə olaraq istifadə oluna bilər. Kimyaterapiya, sağalma şansını artırır, xərçəngin geri dönmə riskini azaldır. Xərçəng simptomlarını aradan qaldırmaq və ya xərçəng xəstələrinin daha uzun ömür sürməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə olunur. Süd vəzi xərçəngi olan xəstələrin heç də hamısının kimyaterapiyaya ehtiyacı yoxdur.
Xüsusən də ilkin mərhələlərdə, çox kiçik və hormondan asılı olan şişlərdə adətən kimyaterapiyaya ehtiyac olmur, yalnız əməliyyat və şüa terapiya ilə müalicə bitir. Əziz xanımlar, kimyaterapiyanın əks təsirləri əlbəttə ki, var. Lakin keçici və zamanla düzələ biləcək hallar üçün sağlamlığınızı təxirə salmayın. Göstəriş varsa, kimyaterapiya seanslarına qatılın. Xərçəngin əllə, təbii yollarla müalicə edilməsinə dair verilən vədlərə inanaraq boşuna vaxt itirmiş olursunuz. Bəzən isə bu vaxt sizin həyatınız bahasına başa gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya