Yaponiya alimləri koronavirusu göstərə bilən maska hazırlayıblar
01:06 12.12.2021
Sağlamlıq
571
Yaponiyanın Kyoto Dövlət Universitetinin mütəxəssisləri COVID-19-la bağlı yoxlama prosesində mühüm irəliləyiş əldə ediblər.
Sherg.az report-a istinadən xəbər verir ki, məlumata görə, Yasuxiro Sukamotonun rəhbərlik etdiyi qrup COVID-19 diaqnozu qoya bilən üz maskası hazırlayıb.
Alimlərdən ibarət qrup üzvləri koronavirusun aktiv və təhlükəli olmayan formasını dişi dəvəquşunun bədəninə yeritməklə, quşların yumurtalarından yüksək miqdarda antitel çıxara bilib. Hazırladıqları xüsusi filtri üz maskasına əlavə edən mütəxəssislər dəvəquşu yumurtalarından əldə edilən COVID-19 antitellərini maskanın üzərinə səpərək ixtiranın effektivliyini yoxlayıblar.
Maskanın ultrabənövşəyi şüa altında virusa reaksiya verməsinə nail olan alimlər qoruyucu vasitədən istifadə edən şəxs virusla təmasda olduğu halda maskanın parıldadığını və bunun müsbət nəticəyə işarə etdiyini qeyd ediblər. Maskanın 10 günlük sınaq müddətində COVID-19-a yoluxmuş 32 subyektdə virusu aşkarlaya bildiyi açıqlanıb.
Virusun mövcud olduğunu göstərən parlaqlıq ən çox üz və burun nahiyələrində müşahidə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya