Yüzlərlə uşağa təcavüz edilib
Yusif Nəzərli
21:20 14.06.2022
Sağlamlıq
571
196 rahibə qarşı cinsi istismar davası açılıb
Almaniyada yayımlanan sənəd böyük səs-küyə səbəb olub. Sənəddə Almaniyada son 75 il ərzində 196 din xadiminin yüzlərlə uşağı cinsi istismar etdiyi açıqlanır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, sənədə əsasən Almaniyanın Şimali Ren-Vestfalya əyalətindəki Münster yepiskopluğunda 1945-2020-ci illər arasında yüzlərlə uşaq rahiblər tərəfindən cinsi istismara məruz qalıb.
Sənədi Münster Universiteti hazırlayıb. Sənəddə qeyd olunur ki, 610 uşaq cinsi istismar edilib. Lakin bu, son hədd deyil.
Araşdırmaların davam edəcəyi təqdirdə bu sayın 6 min olacağı təxmin edilir. Tədqiqatlar 196 din xadimindən yüzdə beşinin, 10-dan artıq cinsi istismar hərəkəti etdiyini üzə çıxarıb. Üstəlik, kilsə çalışanlarının bu davranışları ört-basdır etdiyi, cinsi istismar hərəkətləri etmiş rahiblərin vəzifədən uzaqlaşdırılmadığı, yalnız iş yerlərinin dəyişdirildiyi də məlum olub. Münster yepiskopu Felix Genn isə sənəddəki iddiaları rədd etməyib, o, baş verənlərə görə zərərçəkmişlərdən və onların ailə üzvlərindən üzr istəyib, cinayətkarların cəzasız qalmayacağını bəyan edib.
Almaniyada Katolik kilsəsi tərəfindən hazırlanan hesabatda isə 1946-2014-cü illər arasında ən azı 3 min 677 nəfərin din xadimləri tərəfindən cinsi istismar edildiyi bildirilirdi.
Zərərçəkmişlərin yarısından çoxu 13 yaşında və ya daha kiçik yaşlılar olub. Münhen Baş Yepiskopluğu tərəfindən hazırlanan hesabatda isə sabiq papa XVI Benediktin 1977-1982-ci illərdə Münhen baş yepiskopu olduğu zaman uşaqlara qarşı cinsi istismar hərəkətləri edən rahiblərdən xəbərdar olduğu, lakin heç bir tədbir görmədiyi, səssiz qaldığı da qeyd edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı
15:04 13.06.2026
Hadisə
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək
14:58 13.06.2026
Gündəm
Bakıda Şimali Kipr Mədəniyyət Günü keçirilir
14:48 13.06.2026
Gündəm
Tramp Venesuelada "Tren de Aragua" liderinin öldürüldüyünü açıqladı
14:14 13.06.2026
Dünya
İddia qəbul edilmədi: Məktəb rəhbərliyi ekspertə uduzdu
14:06 13.06.2026
Elm və Təhsil
Sabah 34 dərəcə isti olacaq
13:05 13.06.2026
Ekologiya
Zaxarovanın şeirinə yazılan mahnı Rusiyada duyğusal anlar yaşatdı
12:57 13.06.2026
Dünya
Hindistanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
12:45 13.06.2026
Dünya
Bu gün Azərbaycanda "Son zəng" tədbiri keçirilir
12:30 13.06.2026
Elm və Təhsil
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
12:23 13.06.2026
Gündəm