Xələf Xələfov: “Status-kvo qəbuledilməzdir və Fransa bunu dəfələrlə bəyan edib”


“Fransa region üçün ağrılı problem olan Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konfliktinin həlli üçün çalışan ATƏT Minsk Qrupunun həmsədrlərindən biridir. Status-kvo qəbuledilməzdir və Fransa da digər ATƏT Minsk qrupunun həmsədrləri kimi bunu dəfələrlə bəyan edib”.

APA-nın xəbərinə görə, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

O, inamını ifadə edib ki, Fransa konfliktin ədalətli həlli istiqamətində səylərini daha da gücləndirəcək: “Biz inanırıq ki, Fransa Cənubi Qafqazda sülhə və inkişafa ən böyük təhdid olan bu konfliktin ədalətli və davamlı həllinin tapılması istiqamətində səylərini daha da gücləndirəcək”.