İrəvandan Rusiya mesajı: "Dəyişiklik yoxdur"

Ermənistan və Rusiya etibarlı strateji müttəfiqlər olaraq qalırlar.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistan XİN-in mərkəzi aparatı, diplomatik korpuslarının rəhbərləri ilə görüşü zamanı deyib.

“Ermənistan və Rusiya etibarlı strateji müttəfiq olaraq qalmaqda davam edirlər. Bizi rus xalqıyla ümumi tarix, sıx mədəni və insani əlaqələr birləşdirir”, - o bildirib.

O, Ermənistanın KTMT və Avrasiya İttifaqı çərçivəsində inteqrasiya proseslərinə böyük əhəmiyyət verdiyini deyib.