"Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı etirazların gündən-genə genişlənməsi danılmaz faktdır". Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bəyan edib ki, erməni ictimaiyyətinin "məxməri inqilab"dan gözləntiləri özünü doğrultmadı: “Sıravi ermənilərin “inqilab lideri” saydıqları Paşinyanla bağlı ümidləri puç oldu. Çünki baş nazir seçki öncəsi seçicilərə verdiyi şirin vədlərin heç birini yerinə yetirə bilmədi. Paşinyan müxalifətdə olduğu dönəmlərdə Serj Sarkisyanı yıxmaq üçün effektiv və cazibəli şüarlara əl atırdı və bununla ictimaiyyətin diqqətini cəlb edə bilirdi. Ancaq Paşinyanın ilyarımlıq hakimiyyəti göstərdi ki, müxalifət lideri kimi sağa-sola qışqırıb bağırmaqla reytinq yığmaq ayrı, hakimiyyətə gəldikdən sonra ölkəni real idarə etmək isə tamamilə fərqli müstəvilərdir. Paşinyan hakimiyyətə gəldikdən sonra öz parlaqlığını, cazibəsini itirdi. O, ölkəni idarə etməyi bacarmır. Erməni ictimaiyyəti baş nazirə qarşı çox tələbkardır və ondan seçki öncəsi verdiyi şirnikləndirici, aldadıcı vədləri yerinə yetirməyi tələb edir. Son vaxtlar demək olar ki, hər gün erməni KİV-lərində Ermənistanın bu və ya digər yaşayış məntəqələrində mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının keçirilməsi haqda xəbərlərə rast gəlirik. Nikol Paşinyanın Ermənistanı krizisdən çıxarmaq və çiçəkləndirmək üçün imkanları və şansları sürətlə tükənir. Bu mənada Ermənistan Milli Razılıq Partiyasının lideri Aram Arutyunyanın Paşinyanın bəd ayaqda qeyri-adekvat addımlar atmağa hazır olması ilə bağlı səsləndirdiyi fikir tamamilə realdır”.
Ə.Hüseynov bildirib ki, Paşinyan olduqca sürüşkən və məsuliyyətsiz bir siyasətçidir:
“O, öz hakimiyyətinin ömrünü uzatmaq üçün istənilən üsula, hiyləyə əl ata bilər. Paşinyanın Amerikaya səfərə hazırlaşması da onun öz hakimiyyətini möhkəmləndirməsinə və erməni diasporunun dəstəyini qazanmağa hesablanıb. Ermənistan baş naziri sentyabrın 22-də ABŞ-ın Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır. Böyük dövlətlərdən və Qərbin iri maliyyə strukturlarından Ermənistanın inkişafı üçün maliyyə dəstəyi ala bilməyən Paşinyanın indi də sonuncu ümid yeri ABŞ-dakı mütəşəkkil erməni diasporudur. Ancaq diasporun mümkün maliyyə dəstəyi də Paşinyanı xilas etməyəcək. Paşinyan gec-tez iflasa məhkumdur. Çünki bunu "məxməri inqilab"ın fəlsəfəsi qaçılmaz və labüd edir. O ki qaldı erməni xalqının yenidən “Qarabağ klanı”na dəstək verməsi ehtimalına, bəli, nəzəri baxımdan götürsək, bu versiyanın reallaşması mümkündür. Ancaq praktiki cəhətdən mümkün deyil. Çünki hazırki Ermənistan ictimaiyyətində Sarkisyan-Koçaryan cütlüyünün təmsil etdiyi "Qarabağ klanı"na qarşı dərin nifrət hissi formalaşıb. Odur ki, post-Paşinyan dönəmində Ermənistanın siyasi arenasında tamamilə yeni qüvvələrin ortaya çıxacağı gözlənilir”.
Ermənilərin "məxməri inqilab"dan gözləntiləri özünü doğrultmadı: Xalq Paşinyanın yalanlarından bezib
15:57 27.08.2019
Siyasət
626
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniyada prezident seçkiləri keçirilir - YENİLƏNİB
11:35 24.11.2024
Dünya
İsrailin təxliyə əmri: Yüzlərlə fələstinli bu ərazini tərk etdi
11:17 24.11.2024
Dünya
Azərbaycanın COP29 uğuru
11:00 24.11.2024
COP29
Kəlbəcər Böyük Qayıdışa hazırlanır
09:55 24.11.2024
Sosial
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
09:32 24.11.2024
Hadisə
Analitik: İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür
09:00 24.11.2024
Aktual
Biz regionda dayanıqlı sülh istəyirik -RƏY
08:16 24.11.2024
Siyasət
Rusiya nüvə silahının tətbiqindən hələki çəkinir -ANALİTİK
07:24 24.11.2024
Dünya
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
06:38 24.11.2024
Gündəm
Politoloq: Paşinyan Rusiya ilə hesablaşmaq məcburiyyətində qalacaq
05:17 24.11.2024
Dünya
Ayaq dırnaqları bizə lazımdırmı? -Alimlərdən ilginc açıqlamalar
04:30 24.11.2024
Cəmiyyət
And içməyənlər Rusiya vətəndaşlığını itirəcək -AÇIQLAMA
03:04 24.11.2024
Dünya
Zaman donub: Pəhləvilərin İranda hakimiyyət yolu bağlıdır
02:00 24.11.2024
Dünya
Zəlzələyə davamlı evlər... -Yanmış taxtadan tikilir
01:12 24.11.2024
Dünya
Hansı daha faydalıdır -Sarı, yoxsa ağ kərə yağı?
00:55 24.11.2024
Sağlamlıq
Məni buna görə "günah keçisi" elan ediblər - Merkel
23:40 23.11.2024
Dünya
HƏMAS girovlardan birinin səsini yaydı, İsrail yoxlayır
23:19 23.11.2024
Dünya
Zelenski Trampın sülh planını yanvarda alacağına ümid edir
23:10 23.11.2024
Dünya
“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan
22:45 23.11.2024
Dünya
COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
22:12 23.11.2024
COP29
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
21:40 23.11.2024
COP29
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
21:39 23.11.2024
Dünya