“Son zamanlar Ermənistanın baş naziri və XİN rəhbərinin Qarabağla bağlı kəskin çıxışları rəsmi Bakı qarşısında demək olar kı, şans qoymur”.
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, Ermənistan Qafqazda münaqişəni alovlandırmaqdadır:
“2020-ci ilin baharında Cənubi Qafqazda hərbi əməliyyatların başlama ehtimalı 90 faizdir. Hadisələr bu istiqamətə gedir. 2020-ci il “Qələbə ili”-dir. İstənilən halda İran-ABŞ arasında olan olduqca soyuq münasibətlər və Rusiyanın daxilində gedən proseslər hərbi əməliyyatlar məsələsini bizim üçün əlverişli edir.
Rəsmi Tehran ölkəsinin İsrail və ABŞ ilə pis münasibətləri fonunda hərbi əməliyyatlar başlayacağı təqdirdə tərəfsiz qalacaq.
ABŞ və İsrail isə seçimsiz qalaraq Azərbaycanın yanında yer alacaqlar. O ki qaldı şimal qonşumuza, Moskva ilə əvvəlcədən anlaşmaq mümkünsüz deyil”.