"Qardaş türk xalqı bu gün özünün tarixi Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün türk xalqını və ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm". Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb.
Prezidentin köməkçisi bildirib: "30 avqust 1922-ci il Türkiyənin işğalçı qüvvələr üzərində əldə etdiyi taleyüklü qələbənin simvoluna çevrilmiş şanlı bir zəfər tarixidir. I Dünya müharibəsinin yekununda düçar olduğu ağır məğlubiyyətin şərtləri altında yaşamamaq, öz dövlətçiliyinin varlığını dünyaya və işğal güclərinə qəbul etdirmək üçün döyüş meydanında ciddi bir zəfər lazım idi. 26 avqust 1922-ci ildə Mustafa Kamal Paşanın komandanlığı altında başladılan “Böyük Taarruz” (“Böyük Hücum”) belə bir zəfəri təmin etdi. Bu qələbə sübut etdi ki, türk xalqı öz gələcək müqəddəratını işğal güclərinin ona qəbul etdirməyə çalışdıqları şərtlər, coğrafi çərçivə daxilində deyil, özünün müəyyən etdiyi siyasi coğrafiyanın hüdudları daxilində təyin etmək qüdrətindədir. Mustafa Kamal Paşanın sözləri ilə desək, bu qüdrət türk xalqının damarlarından axan nəcib qanda mövcud idi. Bu qələbə hər şeydən əvvəl milli iradənin, kuvayi-milliyeni (milli qüvvələri) bu iradə ətrafında birləşdirərək vətən naminə səfərbər etmə əzminin nümayişi idi. 30 avqust zəfərinin nəticəsi olaraq müasir Türkiyənin siyasi hüdudları, misaqi-milli coğrafiyası cızılmış və türk dövlətçiliyinin yeni - respublika mərhələsi başlanmışdır.
Bizim üçün qürurverici haldır ki, I Dünya müharibəsi illərində də - Çar Rusiyanın tərkibində olduğu zaman, Xalq Cümhuriyyətinin qısa müddətli tarixində də, hətta müstəqilliyin yalnız nisbi atributlarına malik olduğu sovet hakimiyyətinin ilk illərində belə Azərbaycan xalqı qardaş türk xalqından öz köməyini əsirgəməmiş, doğma qardaşlarına gücü çatan maddi və mənəvi yardım göstərmiş, Osmanlı ordusunun, sonra isə türk müqavimət hərəkatının sıralarında minlərlə soydaşımız qəhrəmanlıqla döyüşmüş və həlak olmuş, müasir Türkiyənin istiqlalı naminə canlarını fəda etmişlər.
Bu mənada 30 avqust bizim üçün həm də xalqlarımızın qardaşlıq, düşmənə qarşı birgə mübarizə əzmini özündə əks etdirən milli yaddaş tarixi olaraq əhəmiyyətlidir.
Biz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan ordusunun günü-gündən güclənərək, dünyanın ən qüdrətli 50 ordusu sırasına daxil olmasında türkiyəli qardaşlarımızın verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Şanlı ordumuz onun qarşısında qoyulan müqəddəs vəzifəni - işğal altında olan torpaqlarımızın azad edilməsi missiyasını şərəflə yerinə yetirmək gücündə olduğunu 2016-cı ilin aprel döyüşlərində sübut etmişdir.
İnanıram ki, müzəffər Türk ordusunun 30 avqust 1922-ci ildə “Böyük hücumu” zəfərlə başladığı kimi, Azərbaycan ordusunun da işğal altındakı torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil!".
Əli Həsənov: "Ordumuzun torpaqlarımızı azad etmək uğrundakı böyük ZƏFƏR YÜRÜŞÜ uzaqda deyil"
13:40 30.08.2019
Siyasət
423
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cücəni diri udan kişi boğuldu, cücə isə...
05:01 24.12.2024
Sağlamlıq
KİV: Ukrayna Moskvaya çata biləcək raket hazırlayır
KİV: Ukrayna Moskvaya çata biləcək raket hazırlayır
04:47 24.12.2024
Gündəm
Analitik: Mayoti adasında əsl genosid mühiti yaradılıb
04:27 24.12.2024
Dünya
Politoloq: 2025-ci ildə yeni sülh pəncərəsi açılacaq
03:44 24.12.2024
Dünya
"Şərq Ekspresi" yenidən fəaliyyətə başladı
03:11 24.12.2024
Cəmiyyət
Suriya özünə dönür: Türkiyə bölgəyə qan yox, sabitlik gətirəcək
02:32 24.12.2024
Dünya
Zelenski Rusiyanı Suriyadan çıxarmaq istəyir
00:58 24.12.2024
Siyasət
Ərdoğan: Suriyanın ərazi bütövlüyü Türkiyənin dəyişməz xəttidir
00:50 24.12.2024
Siyasət
Meksika Panama kanalı ilə bağlı mübahisədə Panamanı dəstəkləyib
00:41 24.12.2024
Gündəm
Xüsusi elçi Trampın Ukrayna siyasətini açıqladı
00:29 24.12.2024
Siyasət
Pakistan hakimiyyəti və müxalifəti danışıqlara başlayıb
00:21 24.12.2024
Dünya
Bakıda vəzifəli şəxsin hamamda meyidi tapıldı
00:08 24.12.2024
Hadisə
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür
00:01 24.12.2024
Gündəm
Rostov üzərində 9 PUA vuruldu: hücum dəf edilir
23:56 23.12.2024
Hərbi
İlin ən yaxşı milli məşqçisi bəlli oldu
23:52 23.12.2024
İdman
Qrenlandiyadan Trampa: Biz satılmırıq!
23:40 23.12.2024
Gündəm
Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib
23:25 23.12.2024
Siyasət
Şəkər və xərçəngin 1 nömrəli səbəbi tapıldı
23:13 23.12.2024
Sağlamlıq
Xankəndi şəhər məktəbinin müəllimi qəfil öldü
22:52 23.12.2024
Hadisə
Bu tələbələrə vahid tələbə kartı veriləcək
22:35 23.12.2024
Cəmiyyət
Rusiyada Youtube-un trafikində kəskin azalma - SƏBƏB
22:27 23.12.2024
Dünya
Bakıda uçqun baş verib, ölən var
22:17 23.12.2024
Hadisə
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
22:11 23.12.2024
Dünya
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda 6 nəfər saxlanıldı
22:05 23.12.2024
Cəmiyyət
Paşinyan Sarkisyan və Köçəryanı debata çağırdı
22:00 23.12.2024
Siyasət