“İşğalçılıq, təcavüzkarlıq və etnik təmizləmə Ermənistana ucuz başa gəlməyəcək”
Bunu “Sherg.az”a politoloq Sədrəddin Soltan deyib.
Politoloq bildirib ki, Ermənistandakı ciddi siyasi, sosial dəşyikliklər, iqtisadi böhranlar, işğalçı siyasət nəticəsində yaranan hərbi şərait əhalinin öz dövlətində yaşaması üçün problem yaradır:
“Bu səbəbdən Ermənistanda da əhalinin sayının azalması müşahidə edilir. Ermənilər etnik qrup olaraq vətənləri olmadığından daha çox harada onlar üçün xoş keçir, oranı özlərinə vətən sayırlar. Bu, tarixən belə olub. Ən azından son 200 ildə baş verənlər bunu təsdiqləyir. Çar Rusiyası tərəfindən onların Qafqaza yerləşdirilməsini, ya da bu etnik qrupun vətəni dabanlarında daşımalarına təsdiqləməyə kifayət edər.
Son zamanlar Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət əhalinin davamlı olaraq xarici ölkələrə miqrasiyasına şərait yaratmaqdadır. Bu, xüsusilə kişilərin kütləvi sürətdə ölkəni tərk etməsi ilə xarakterizə olunur. Məqsəd ölkəni tərk edən əmək qabiliyyətli əhalinin ümumi demoqrafik duruma mənfi təsirlərini işıqlandırmaqdır. Bu məsələlərə aid bəzi statistik rəqəmləri və məlumatları diqqətinizə çatıdırmaq istərdik”.
Analitikin sözlərinə görə, əhalinin ölkəni kütləvi surətdə tərk etməsi faktını ermənilərin özləri də etiraf edir:
“BMT-nin Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Sovinar Arutyunyan bildirib ki, Lori vilayəti üzrə ilk dəfə ölüm halları doğum hallarını 90 hadisə üstələyib: “Bunun qarşısı alınmazsa, onda 4-5 ildən sonra Ermənistan üzrə ölənlərin sayı doğulanların sayını üstələyəcək”. Bunun səbəblərindən biri də 1990-cı illərdə Ermənistanda anadan olanların sayının azlığı ilə bağlıdır. Başqa səbəbi isə gənc kişilərin ailə qurmaq istəməməsi ilə bağlıdır. Demoqrafik balansın yaranması üçün 60 min kişi çatmır.
Arutyunyanın fikrincə, mühacirət edən kişilərin 80 faizi reproduktiv fəal yaşdadırlar. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə kişilər təşkil edir. Bununsa başlıca səbəbi emiqrasiya sayılır. Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya bölməsinin rəisi Artak Markosyanın sözlərinə görə, reproduktiv insanların ölkəni tərk etməsinin ağır izləri Ermənistanda qalıb: “1992-2002-ci illərdə doğum 60 faiz azalıb. Bu, keçmiş SSRİ ölkələri arasında ən yüksək göstəricidir. On il ərzində doğum 70 mindən 32 min nəfərə enib. Mühacirət və demoqrafik strategiyanın olmaması 27 ildə acınacaqlı vəziyyəti yaradıb”.
S.Soltanın sözlərinə görə, Ermənistandan Avropaya mühacirət edən ermənilər özlərini azərbaycanlı kimi təqdim edirlər:
“Almaniyanın Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl “Vormser Zeitung” qəzetinə bildiriblər ki, Ermənistan vətəndaşlarının azərbaycanlı soyadı ilə Almaniyadan sığınacaq almağa çalışmalarına dair faktlar aşkarlayıblar. Ermənistanın üzləşdiyi çoxsaylı sosial, siyasi və iqtisadi, hərbi problemlər səbəbindən vətəndaşları, xüsusilə kişi cinsinə məxsus sakinləri xaricə daha yaxşı yaşamaq üçün üz tuturlar.
Buna nail ola bilməyənlər müxtəlif xəstəliklərə yoluxaraq ölkəsinə qayıdır. 2020-ci il oktyabrın 18-dən 27-dək Ermənistanda əhalinin siyahıya alınması keçiriləcək. Ehtimal etmək olar ki, bu sosial tədbirin nəticələri Ermənistan üçün heç də ürəkaçan olmayacaq. Həmin kampaniyanın yekunu Nikol Paşinyanın “Strategiya 2050”sinin baş tutmayacağını təsdiqləyəcək”.
Siyasi şərhçi vurğulayıb ki, əhali dövlətin əsas atributlarındandır. Miqrasiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə əsgər, hərbçi qıtlığı problemi ilə də üzləşəcəyi istisna edilmir:
“Monoetnik respublikaya çevrilən Ermənistan kimin olacaq? Qadınları hansı etnosun nümayəndələri ilə ailə quracaq? İşğalçılıq, təcavüzkarlıq, etnik təmizləmə Ermənistana ucuz başa gəlməyəcək.
İndi bu problemin işartıları görünməkdədir. Hazırda Türkiyə və İranla dövlət sərhədlərini mühafizə etməyə gücü çatmayan bu dövlətin sərhədləri hansı qüvvə ilə qorunacaq? 2050-ci ilə Ermənistan çıxa bilər, ancaq bu ölkədə ermənilərin sayının üstün olacağı ehtimalı çox azdır”.