Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinq keçirilməyəcək.
Bu barədə APA -ya AXCP üzvü Seymur Həzi məlumat verib.
O bildirib ki, yaxın günlərdə növbəti aksiyalarla bağlı qərarlarını elan edəcəklər: "Biz Bakı Şəhər İcra Hakimiyyətinin qərarını mitinqə razılıq verməməsi kimi qiymətləndiririk. Növbəti aksiyalarla bağlı qərarımızı elan edəcəyik. 28 sentyabr mitinqi keçirilməyəcək".
Qeyd edək ki, Milli Şura sentyabrın 28-ə mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.