“Əli Kərimli bütün fəaliyyəti dövründə saxta trollardan istifadə edərək böhtan və adət etdiyi bir çox mənfi ənənələri davam etdirib”.
Bu sözləri Sherg.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, bütövlükdə Əli Kərimli və ətrafının fəaliyyəti cinayət xarakterlidir:
“Onun trollar şəbəkəsi altında böhtan və ajiotaj yaratması, yalan informasiyalar yayması hansı əmələ sahib olduğunu bir daha ortaya qoyur. Əli Kərimlinin azca qabiliyyəti olsa, birmənalı şəkildə öz siyasi karyerasına son qoymalı, partiya sədrliyindən vaz keçməlidir. Partiya sədrliyi siyasi bir qurumdur. Gərək siyasi partiyaların fəaliyyəti şəffaf olsun. Onun aldığı qrant və layihələrin hamısı anti-Azərbaycan şəbəkəsinə bağlıdır və bütövlükdə ölkəmizə yönəlmiş şantaj, böhtan xarakterlidir. Ona görə də Əli Kərimli cəmiyyətdə heç bir nüfuz qazanmayan, yalnız saxta trollardan istifadə edərək anormal və yartımaz əməllərlə fəaliyyət göstərir. Əli Kərimli və trollarının istənilən fəaliyyət növünə baxanda bu görünür. Hər kəs onların nə dərəcədə cinayət əməli törətdiyini yaxşı bilir”.
Qeyd edək ki, Əli Kərimli və trol şəbəkəsi öz maraqlarına uyğun olaraq sosial şəbəkələrdə kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürür, aşağılayır, yalan və dezinformasiya yayır. Əli Kərimli və ətrafının uzun müddətdir manipulyasiya etdiyi və hakimiyyətə qarşı yönəltdiyi ittihamlar özlərini belə əməllərdən yayındırmaq məqsədi güdüb.