Ermənistanda iqtisadi tənəzzül: İrəvan işğalçılığa son qoymasa…

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində siyasi iradə nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur”. 

Bu sözləri Sherg.az-a deputat Elman Məmmədov Ermənistanda Paşinyan hakimiyyətinə qarşı başlayan etirazlara münasibət bildirərkən deyib. 

Millət vəkili bildirib ki, Ermənistan rəhbərliyi münaqişənin həlli prosesini uzatmaq və ya bu prosesə mane olmaq üçün gah təxribatçı hərəkətlərə əl atır, gah da danışıqlardan yayınmağa çalışır:

“İşğalçı dövlətin hakimiyyətinin bu yanaşması Ermənistanın tənəzzülünün əsas səbəbidir. Ermənistanın iqtisadi tənəzzülünün, regionda blokada vəziyyətində olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir. Ermənistanda keçirilən etiraz aksiyaları zamanı vətəndaşlar bu məqamları səsləndirirlər. Amma görünən odur ki, hakimiyyət öz mövcudluğunu qorumaq üçün xalqı qurban verməyə razıdır”.