Britaniyalı deputat: Hər kəs azad şəkildə öz istədiyi namizədi seçir

Müşahidələrimə görə, buradakı seçki Britaniya krallığındakı ilə eyni sistemdə aparılır.

APA xəbər verir ki, bunu azad edilmiş ərazilərdə seçkiləri müşahidə edən britaniyalı deputat, Lordlar palatasının üzvü Qurban Hüseyn jurnalistlərə açıqlaması zamanı deyib.

“Proses eynidir. Vətəndaş gəlir, öz vəsiqəsini göstərir, yoxlandıqdan sonra daxil olur və səs verir. Vətəndaşa xüsusi kağız verilir. Səs verən vətəndaş bülleteni qutuya atır. Hər kəs azad şəkildə öz istədiyi namizədi seçir. Bu, Britaniyada da belədir”.

O qeyd edib ki, seçkilərdə hər hansı fərqli bir hal müşahidə etməyib.