Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən xüsusi iclasında parlamentin buraxılmasını dəstəkləyib.
Sherg.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, YAP parlamentin buraxılması ilə doğru addım atıb:
"YAP nüfuzunun güclü olan vaxtında belə bir təşəbbüslə çıxış edib. Biz sağlam müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik. Çünki seçki müxalifət üçün də bir şansdır”.