"Qanunvericiliyə uyğun olaraq, bu gündən növbədənkənar Parlament seçkilərinə start verilir".
Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib. Həmçinin, Yeni Azərbaycan Partiyası yaxın vaxtlarda öz siyahısını elan edəcək.
“Seçki məcəlləsinə uyğun olaraq seçki kampaniyası başlayır. YAP da vaxtı çatanda əlbəttə ki, öz siyahısını təqdim edəcək. Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək. Burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, Azərbaycan vətəndaşları YAP-ın təqdim edəcəyi siyahını kifayət qədər ümidverici və Azərbaycan Parlamentinin fəaliyyətini daha da artırılmasına kömək edəcək insanlar olacağına inanacaqlar”.