ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.
O bildirib ki, ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və sabitliyini dəstəkləyir:
“Əməkdaşlıq çərçivəsində ölkəni təhlükəsizlik sahəsində, xüsusilə də milli sərhədlərin və strateji enerji infrastrukturunun müdafiəsi məsələsində dəstəkləyirik”.
Səfir əlavə edib ki, ABŞ Azərbaycanla müxtəlif istiqamətlərdə strateji əməkdaşlığı genişləndirmək niyyətindədir.