“12 dekabr 2019-cu il tarixində Vəhdət Partiyasının Baş Məclisinin iclası keçirilib”.
Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının mətbaut xidmətinin rəhbəri Coşqun Kürçaylı deyib.
Partiya sözçüsü bildirib ki, növbədənkənar parlament seçkisi ilə bağlı partiya bir sıra qərarlar alıb:
“Partiyanın Baş Məclisi sədr Tahir Kərimlinin namizədliyinin irəli sürülməsi, digər namizədlərin Partiyanın Siyasi Şurası tərəfindən müəyyən edilməsi barədə qərar qəbul edilib. Qeyd edim ki, Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb. Artıq imza toplama kampaniyasına start verilib. Digər namizədlərin müəyyən olunması ilə bağlı problem yoxdur. Bu məsələ Siyasi Şuraya həvalə edilib”.