“Ermənistan baş naziri Nikol Paşinyan “Qarabağ klanı”nı siyasi səhnədən çıxarmağa çalışır”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Ermənistanda 1999-cu i il 27 oktyabr parlament terrorunun cinayət işi bərpa edilib:
“Paşinynanın göstərişi ilə istintaq yenidən başlayıb. Məqsəd “Qarabağ klanı”nın əsas siması eks-prezident Robert Koçaryana yeni ittihamlar irəli sürmək, Serj Sarkisyan və digər klan üzvülərini istintaqa cəlb edərək həbs etdirməkdir. Paşinyan Ermənistanda bu terror aktı üzərindən sirr pərdəsini ortadan qaldırmaqla, erməni cəmiyyətində yeni dəyişikliklər gətirəcəyini düşünür. Bu dəyişikliklər Qarabağ münaqişəsinin nizamlanmasında yeni yanaşma ola bilər. Amma Paşinyanın əvvəlki hadisələri gündəmə daşıması Moskvanı narahat edəcək”.
Məhəmməd Əsədullazadə: “Qarabağ münaqişəsinin nizamlanmasında yeni detallar ortaya çıxar. Bu detallar Paşinyanın əlində danışıqlara getmək üçün vasitəyə çevrilə bilər”
Siyasi şərhçinin qənaətincə, Paşinyanın Moskvanın sərt reaksiyalarını görməzdən gəlməsi onun üçün ağır nəticələnə bilər:
“Çünki, bu terror aktı məhz Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Terrordan sonra Rusiyayönlü “Qarabağ klanı” hakimiyyətdə möhkəmlənərək güzəştsiz mövqe tutdu. Parlamentdə öldürülənlər Rusiyasız Azərbaycanla sülh müqaviləsinə getməkdə maraqlı idilər. Məsələnin araşdırılması Ermənistanda yeni həbslərin olacağından xəbər verir. Düşmən ölkədə baş verənlər Azərbaycan üçün də maraqlıdır. Çünki Qarabağ münaqişəsinin nizamlanmasında yeni detallar ortaya çıxar. Bu detallar Paşinyanın əlində danışıqlara getmək üçün vasitəyə çevrilə bilər”.