Qarabağ danışıqlarına zərbə: Məsuliyyəti birbaşa Paşinyan daşıyır - ŞƏRH

“Ermənistan tərəfinin sərhəddin Qazax istiqamətində Azərbaycan hərbiçisini şəhid etməsi münaqişənin həllində illik aparılacaq danışıqlara zərbə vurmuş oldu”. 

Bunu Sherg.az-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, ilin başlanğıcında erməni tərəfinin bu təxribatının məsuliyyətini birbaşa baş nazir Nikol Paşinyan daşıyır: 

“Azərbaycan neçə aydır atəşkəsə əməl edir və danışıqların növbəti mərhələdə konusturktiv keçirilməsinə çalışır. Amma, rəsmi İrəvan ilin başlanğıcında bu təxribatı etməklə birbaşa diplomatik danışıqlarda real nəticələrin əldə olunmasında maraqlı olmadığını aydın şəkildə göstərdi. Düşmən bu insidenti dövlət sərhəddində törədərək birbaşa Azərbaycanı təxribata çəkməyə çalışır. Vurğulamaq lazımdır ki, Azərbaycan Qazaxdan Ermənistan tərəfinə güclü zərbələr endirsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu prosesə qarışmayacaq. Hərçənd, Ermənistan tərəfi hər vəchlə çalışır, KTMT-ni Azərbyacana qarşı hərəkətə gətirsin”. 



Politoloq: “Yaxın Şərqdə vəziyyətin gərginləşdiyi bir məqamda Ermənistanın qızışdırcı mövqeyi öz əleyhinə işləyə bilər”


Analitikin sözlərinə görə, Yaxın Şərqdə vəziyyətin gərginləşdiyi bir məqamda Ermənistanın qızışdırcı mövqeyi öz əleyhinə işləyə bilər: 

“Azərbaycan ordusu növbəti aylarda Ermənistanın hərbi mövqelərinə güclü zərbələr endirməlidir. Çünki Ermənistan tərəfi vəziyyəti daha da mürəkkəbləşdirərək münaqişənin həllində maraqlı olmadığını göstərdi. Ona görə də Ermənistan silahlı qüvvələrinin ön xəttdə möhkəmlənməsinə qətiyyən imkan verilməməlidir”.