Elman Məmmədov: “Terroru təbliğ edən ermənilər anlamalıdır ki, onları da Melkolyanın aqibəti gözləyir”

Deputat bidirir ki, soydaşımız mənfur erməninin terroru təbliğ etməsinin qarşısını qanunlarla alıb və bu  davranış xaricdəki digər azərbaycanlılara da örnək olmalıdır



Almaniyada yaşayan soydaşımız erməni həyasızlığının qarşısını alıb. Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusda azərbaycanlının telefonla danışığını eşidən bir erməni Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlını amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkli olan köynəyi geyinib. Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. 

Həmvətənimiz erməniyə Almaniyada terrorçuların təbliğatının qanunla qadağan olunduğunu söyləyib. Lakin soydaşımız ağır ifadələrlə təhqir olunub. Hüquq-mühafizə orqanlarına edilən müraciətdən sonra Ermənistan vətəndaşı polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb və köynəyi dəyişdirilib. Həmçinin, şifahi xəbərdarlıq edilib. Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib. Hadisəyə münasibət bildirən ictimaiyyət nümayəndələrinin fikrincə, xaricdə yaşayan hər bir soydaşımızın analoji situasiyalarda düşmənə qarşı bu cür prinsipial mövqe nümayiş etdirməsi arzuolunandır. 

Həmvətənimizin örnək davranışını “Şərq”ə dəyərləndirilən V Çağırış Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Almaniyada yaşayan soydaşımızın təxribatçı erməniyə həddini bildirməsi onun vətənpərvərliyindən irəli gəlir. 

E.Məmmədovun sözlərinə görə, dünyanın harasında yaşamasından və siyasi mövqeyindən asılı olmayaraq, bütün azərbaycanlılar belə məqamlarda həssas olmalı, erməni həyasızlığına biganə qalmamalıdır: 

“Almaniyada baş vermiş hadisədə soydaşımız çox cəsarətli addım atıb. Eyni zamanda özünün ağlını, dünyagörüşünü və yüksək mədəniyyətini də nümayiş etdirib. Azərbaycanlının hadisə zamanı polisə müraciət etməsi və erməninin terrora dəstək verdiyini sübut etməsi təqdirəlayiqdir. Soydaşımız mənfur erməninin terroru təbliğ etməsinin qarşısını qanunlarla alıb. Qərb ölkələrinin hamısında ermənilər məhz bu cür ifşa olunmalıdır. Düşmənin bizi təhrik etməsinə, təxribata çəkməsinə bu şəkildə cavab verilməlidir”. 

Deputat bəyan edib ki, bu davranış xarici ölkələrdə yaşayan digər azərbaycanlılara da örnək olmalıdır: 

“Soydaşlarımız mübariz olmalı, vətənpərvər davranmalı, ermənilərlə bağlı olaylara laqeyd qalmamalıdır. Terroru təbliğ edən ermənilər anlamalıdır ki, onları da Melkolyanın aqibəti gözləyir. Ermənistan açıq şəkildə terrorizmi müdafiə edir, faşizm ideologiyasına xidmət etmiş canilərə, Njde kimi qaniçənlərə, Xocalı soyqırımını törətmiş vəhşilərə abidə ucaldır. Bütün dünya xalqları ermənilərin hansı xislətə malik olduğunu bilməlidir. Əfsuslar olsun ki, bir sıra beynəlxalq təşkilatlar buna göz yumurlar, düşmənin əl-qol açmasına imkan verirlər”.