Rəsmi İrəvanın terror siyasəti: Paşinyan Ermənistanı xaosa sürükləyir

“Ermənistanın mövqeyi illərdir dəyişmir. Faşist ideologiyasını dövlət siyasətinə çevirənlərdən bundan artıq nə gözləməliyik?”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Anar İmanov deyib. 

Analitik bildirib ki, ermənilərin ideologiyası terrora dayanır: 

“İllər keçir, amma bu terrorçular anlamırlar ki, ölkəni xaosa sürükləyirlər. Heç bir qonşu dövlətlə normal münasibətləri olmayan Ermənistanı yalnız bu cür sonluq gözləyir. Düşmən ölkə yalnızlığa məhkumdur. Bir müddət sonra Ermənistan adlı ölkə olmayacaq, necə ki, əvvəl də yox idi. Bunu erməni terrorçuları çox gözəl anlayır. Bütün gedişlər, terror aktları, təxribatlar yalnız bir məqsədə hesablanıb. Mümkün qədər danışıqları uzatmaq, imitasiya yaratmaq və bunun sayəsində dövlət mövcudluqlarını saxlamaq. Amma bu siyasət xoşbəxt sonluğa gətirib çıxarmayacaq”. 



Anar İmanov: “Bir müddət sonra Ermənistan adlı ölkə olmayacaq, necə ki, əvvəl də yox idi”


A.İmanovun sözlərinə görə, hazırda Ermənistanda vəziyyət çox pisdir: 

“Hakimiyyətə savadsız, populist və avantürist siyasətçi Nikol Paşinyan rəhbərlik etdiyi üçün narazılıqlar artır, ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər. Gözəl deyim var – “əgər sülh istəyirsənsə, müharibəyə hazırlaş”. Ermənistan sülh danışıqlarına məhəl qoymursa, mövcud status-kvonu saxlamaqda maralıdırsa, bu, gec-tez Azərbaycanın anti-terror əməliyyatının başlanması ilə nəticələnək. Bunu düşmən tərəf başa düşür, qorxur, amma...”.