Ukrayna MSK-nın üzvləri parlament seçkilərini müşahidə edəcəklər

Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcəklər. 

Secki-2020.az saytının xəbərinə görə, bu barədə Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Ukrayna MSK-nın iki üzvü fevralın 7-10-da Azərbaycanda olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcək.

Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.