MSK seçkilərlə bağlı ilkin seçici fəallığını açıqladı: 

Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən parlament seçkilərində ilkin seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar səsverməyə dünən saat 08:00-da start verilib, saat 19.00-da başa çatıb.  

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.