Rusiya Xarici İşlər Nazirliyi fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məlumat yayıb.
Axar.az xəbər verir ki, XİN-in məlumatında Prezident İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib gəldiyi bəyan edilib.
"Seçkiləri çox sayda yerli (77 mindən artıq) və əcnəbi (883 nəfər), eləcə də rusiyalı müşahidəçilər izləyib. MDB və ŞƏT müşahidəçilərinin rəyinə əsasən, seçkilər milli qanunların tələblərinə uyğun keçirilib, vətəndaşların hüquqlarının kobud şəkildə pozulması hallarına rast gəlinməyib. Yeni deputat heyəti ilə də Rusiya Federal Məclisi arasında hər iki dövlətin ənənəvi dostluq və strateji tərəfdaşlığa uyğun sıx konstruktiv əməkdaşlıq davam edəcək", - XİN-in məlumatında qeyd olunub.