Milli Məclisin bəzi komitələri birləşdirilməlidir.
"Sherg.az" xəbər verir ki, bunu parlamentin iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib.
Parlamentari diqqətə çatdırıb ki, həmçinin, yeni komitələr yaradılmalıdır.
“Təklif edirəm ki, Milli Məclisdə Qarabağ komitəsi yaradılsın”, - deyə Q.Həsənquliyev əlavə edib.