Zahid Oruc parlamentin əvvəlki fəaliyyətini TƏNQİD ETDİ


Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin əvvəlki rəhbərliyini tənqid edib. 
“Sherg.az”ın xəbərinə görə, millət vəkili Zahid Oruc deyib ki, beşinci çağırış Mili Məclisin vaxtında bir iclasda bəzən 39 məsələ qəbul edilirdi: 
“Mən keçmişin arxasınca danışmaq istəmirəm. Xarakterimi bilirlər. Amma biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməliyik”.