“Həmçinin Ermənistan daxilində müxalifəti hərəkətə gətirəcək"
Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində iştirak edən babasının fotosu ətrafındakı müzakirələr səngimir. Paşinyan bu fotonu paylaşdıqdan dərhal sonra əslində onun Sovetlər birliyinə qarşı vuruşması ilə bağlı faktların üzə çıxması Ermənistan baş nazirinin əsl xislətindən xəbər verir. Azərbaycan ictimaiyyətinin fikrincə ortaya çıxan faktlar Paşinyanın nasist cinayətkarlarının, indiki Ermənistanın siyasi elitasının banisi elan edilmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki prinsipial mövqeyini izah edir.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, ikinci dünya müharibəsinində iştirak edən şəxslərin şəkillərinin paylaşılması və onların qəhrəmanlıqlarının təbliğatı bütün uzun illərdir davam edir:
“9 May Qələbə günündə Ermənistanın baş naziri Nikol Paşinyan da öz babasının şəkilini paylaşıb. Bununla da böyük qalmaqal yaşanıb. Çünki Nikol Paşinyanın babası, yəni böyük Nikol Paşinyan Alman faşistləri tərəfdə SSRİ-yə qarşı vuruşub. Nikol Paşinyanın babasının 1943-cü ildə nasist Almaniya sıralarında, Qareqin Ndjenin SS legionunda vuruşması elə Ermənistan mətbuatı tərəfindən ifşa olunub və əhali tərəfindən böyük narazılığa səbəb olub”.
Politoloqun sözlərinə görə, Ermənistanda İrəvanın mərkəzində faşist cəlladı, Alman faşistlərinə Ndje ləqəbi ilə “xidmət etmiş” Qareqin Ter-Arutyunyana heykəl qoyulması da Ermənistanın faşist ideologiyasına xidmət etməsini sübut edir. Ermənistanda faşistlərin ideallaşdırılması həyati norma kimi qəbul edilir. QareqinNdjeyə 6 metrlik abidənin qoyulması da bunun əyani sübutudur. Bu adam deyirdi ki, “Almaniya üçün ölən Ermənistan üçün ölür:
"Ermənistanın özünü demokratiya təmsilçisi kimi göstərməyə çalışan hazırki rəhbərinin də öz sələflərinin yolu ilə gedərək, faşist ideologiyasının təbliğatçısı qismində çıxış etməsinin əsl səbəbi indi tam şəkildə aydın olur. Balaca Paşinyanın Aşqabadda MDB dövlət başçılarının iclasında Qareqin Ndjeni müdafiə etməsi və ona haqq qazandırmaq istəyi artıq başa düşülür.Bu gün İrəvanın mərkəzində ucaldılan 6 metrlik faşist cəlladının heykəlinin “silueti” bütün mənzərəni tam şəkildə ortaya qoyur. Belə ki, Paşinyanın SSRİ-yə qarşı döyüşən babası Nikolay Vartanoviç Paşinyanında Tsexakronizmin əsasını qoyan Qareqin Ndjenin yanında SSRİ-yə qarşı xidmət etməsi balaca Paşinyana qarşı böyük silah kimi istifadə olunacaq. Çünki bu fakt həm Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcək, həm də ölkə daxilində müxalifəti hərəkətə gətirəcək".