“Paşinyan da bu yolu daha canfəşanlıqla davam etdirib. Çünki Onun babası faşizmə xidmət edənlərdən biri olub”
Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində iştirak edən babasının fotosu ətrafındakı müzakirələr səngimir.
Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşir Nikol Paşinyanın babasının nasistlərə xidmət edilməsi ilə bağlı paylaşdığı fakt Njdeni fəal şəkildə müdafiə etməsi də qeyd edilən faktlarla bağlı təsəvvürləri daha da gücləndirir.
Çünki Ermənistan dövlət başçıları həmişə faşizmi dövlət səviyyəsində bir ideologiya kimi təqdim etməyə çalışıblar. Paşinyan da bu yolu daha canfəşanlıqla davam etdirib. İndi məlum olur ki, bu, səbəbsiz deyil. Onun babası faşizmə xidmət edənlərdən biri olub:
"Paşinyan bundan sonra da faşizm ideologiyasına sadiqliyini nümayiş etdirərək, babası qarşısında mənəvi borcunu yerinə yetirməyə çalışacaq. Təbii ki, müstəqillik qazandıqdan sonra Ermənistanın faşizm üzərində qələbə ilə bağlı mövqeyi riyakarlıqdan başqa bir şey deyil. Bu növbəti dəfə ona dəlalət edir ki, Ermənistanın ümumiyyətlə, hər hansı dostluq hisslərinə söykənmək qeyri-mümkündür. Erməni xalqı istənilən vaxt arxadan zərbə vura, riyakarlıq və xəyanət edə bilər”.