“Amerika Ölkəmizdə öz iştirakını genişləndirmək istəyir”
“CİSCO şirkəti dünya çapında tanınan və uğurla fəaliyyət göstərən təsisatdır. Prezident İlham Əliyevin CİSCO şirkətinin rəhbərləri ilə videokonfrans formasında görüşü və onları qəbul etməsi onu göstərdi ki, yaxın zamanda yeni layihələrin həyata keçirilməsi və nailiyyətlərin əldə edilməsi hər bir tərəfin marağındadır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Analitik bildirib ki, söhbət söhbət ortaq layihələrdən gedir:
“Azərbaycan bazarı Amerikanın işgüzar dairələri üçün önəmlidir. Gərək həmişə diqqətdə saxlayaq ki, ilk növbədə Azərbaycana investisiya gətirən Amerikanın tranmilli şirkətləri oldu. Bu baxımdan şəraitimizin, iqtisadi sektorumuzun əsas bölümü olan neft-qaz sturukturunun inkişafında Amerika kapitalının və texnoloji dəstəyinin böyük rolu oldu. Təbii ki, ölkədə hökm sürən işgüzar mühit, digər tərəfdən sabitlik, Azərbaycanın durmadan xarici əlaqələrinin inkişafı, böyük infrasturuktur layihələrə imza atması, Avropanın enerji təhlükəsizliyində iştirakı göstərdi ki, ölkəmiz potensialını müsbət və ümidverici tərzdə inkişaf etdirə bilir. Bütün bunlar da xaricdə müsbət münasibət doğurur. Söz yox ki, ABŞ-ın biznesi dünyada çox böyük nüfuza malikdir. Amma ABŞ həm də Azərbaycanla yaxından maraqlanır və ölkəmizdə öz iştirakını genişləndirmək istəyir”.
Politoloq qeyd edib ki, CİSCO şirkətinin müxtəlif təyinatları var. Şirkət informasiya texnologiyalarından tutmuş iri infrasturuktur layihələrini CİSCO şirkəti həyata keçirir:
“Ona görə də pandemiya ilə bağlı yaşanan sıxıntılar və problemlər əlbəttə ki, müvəqqətidir. Yaxın zamanlarda dünyada biznes mühiti bir az şaquli mövqeyə keçəcək. Ona görə də indiki dövrdə işgüzar dairələr yaxın gələcəklə bağlı fikirlərini nəzərdən keçirirlər. Azərbaycan xarici investisiyalara açıq ölkədir. Pandemiya dövründə bir çox ölklər beynəlxalq valyuta fonduna, dünya bankına, müxtəlif təsisatlara yardım almaqdan ötrü müraciət ediblər. Amma Azərbaycan yenə də donor ölkəsi kimi başqa məmləkətlərə köməklik göstərdi. Hətta 2 sammitdə keçirilən zirvə görüşündə cənab Prezidentin çağırışı ondan ibarət oldu ki, bacarıqlı ölkələr çətin vəziyyətə düşmüş ölkələrə yardım etsinlər. Bunların hamısı bütün dünya elitasının gözü qarşısında baş verən proseslərdir. Məhz buna görə də Azərbaycana maraq artır. Bu baxımdan CİSCO şirkətinin rəhbərliyi məhz post-pandemiya dövründə Azərbaycanla yeni perspektiv planlarla işləməyə başlayacaq”.
Qeyd edək ki, Prezident İlhamƏliyev CİSCO şirkətinin rəhblərini videokonfransla qəbul edib. Dünya liderləri, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüsləri təqdir olunub. Dövlət başçımızın liderlik səyləri yüksək qiymətləndirilib.