“Ermənistanda faşizm ideologiyası hökm sürür”

“Xunta rejimi, işğalçılıq siyasəti gün kimi aydındır. ATƏT kimi qurumlar bunu görmək istəmir”


Amma Azərbaycanda kiminsə barmağı qanayanda, həmin təşkilatlar o qədər sərt reaksiya verirlər ki...”




“Təkcə beynəlxalq təşkilatlar yox, söz sahibi olan dövlətlər də Ermənistana öz mövqelərindən yanaşırlar. Onlar üçün beynəlxalq hüquq yox, Ermənistana olan münasibət maraqlıdır. Çünki baş verən hadisələrə Ermənistana olan münasibət prizmasından yanaşırlar”.

 Bu sözləri “Sherg.az”a Ermənistanda baş verən hadisələrlə bağlı danışan millət vəkili Elman Məmmədov deyib. Parlamentari qeyd edib ki, Ermənistanda “Sarükyan” partiyasının lideri Qaqik Sarükyan istefaya göndərilib:

“Əhali buna etiraz etsə də, güc strukturları, o cümlədən polis insanlaera qarşı güc tətbiq edib. Beynəlxalq təşkilatlar isə bütün bunları görməzdən gəlib”. 

 E.Məmmədovun sözlərinə görə, beynəlxalq təşkilatların Ermənistana münasibəti bu dövlətin nüfuzunun olmamasından xəbər verir: 

“Mən bunu ikili standarlar yox, hətta çoxşaxəli yanaşma hesab edirəm. Beynəlxalq qurumlar Ermənistana ərköyün uşaq kimi yanaşır, onu “qucaq”larından salmırlar. Bu, onu təsdiq edir ki, düşmən dövlətdə oyuncaq rejim qurulub. Son 28 ildə hakimiyyət başına keçən bütün şəxslərin cinayətkar, avantürist olması bunu bir daha təsdiqləyir”. 

 Deputat, həmçinin bildirdi ki, beynəlxalq qurumlar Azərbaycana və Ermənistana eyni gözlə baxmırlar: 

“Düşmən dövlətdə faşizm ideologiyası hökm sürür. Xunta rejimi, işğalçılıq siyasəti gün kimi aydındır. Bircə ATƏT kimi qurumlar bunu görmək istəmir. Amma Azərbaycanda kiminsə barmağı qanayanda, həmin təşkilatlar o qədər sərt reaksiya verirlər ki...Çünki indiki dünya haqq-ədalət, beynəlxalq hüquq üzərində qurulmayıb, əksinə, zora, gücə, ədalətsizliyə əsaslanır”. 

 E.Məmmədovun fikrincə, ədalət gec-tez bərpa olunacaq:

“Biz bir olmalı, həmrəylik nümayiş etdirməliyik. Yumruq tək birləşməliyik. Belə olsa, heç kim bizə qarşı ədalətsiz davrana bilməz. Paşinyan yaxın zamanda gəldiyi yerə-küçələrə geri qayıdacaq”.