"Suriyanın yeni hakimiyyət orqanları Rusiya ilə Latakiya əyalətindəki hərbi bazalarla bağlı razılaşmanı pozmaq niyyətində deyil".
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Danışıqlar hərbi əməliyyatların və rejim dəyişikliyinin fors-major hal kimi qiymətləndirilməməsinə, Tartus və Latakiya əyalətlərində obyektlərin uzunmüddətli icarə müqavilələrinə xitam verilməsi üçün əsasların olmamasına yönəlib", - xəbər agentliyi bildirib.
Bundan əlavə, Moskva və Dəməşq regiondakı daimi Rusiya kontingentinin həcmini, eləcə də hərbi əməliyyatların səviyyəsi ilə bağlı heç bir şəraitin ölkələr arasında razılaşmaya təsir etməməsi barədə razılığı müzakirə edirlər.