Milli Şuranın “Zoom” görüşü, yoxsa amorf müzakirələr yığıncağı ?! 

“Şit zarafat və gülünc təkliflər...!”


Milli Şuranın videokonfransında Əli Kərimli Rahim Hacıyev tərəfindən  “zəmanəmizin Rəsulzadəsi” elan edilib. Bu iddia böyük ironiya doğuraraq Cəmil Həsənlinin və Vidadi Mirkamalın etirazına səbəb olub.

Qənimət Zahidin AXCP-yə və Milli Şuraya dividendlər qazandırdığı digər məsələlər də ifşa olunur. 

Amorf adlanan Milli Şuranın hər keçən gün bizi yeni “sürprizlərlə” təəccübləndirməyə davam etdiyini deyən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçiliyi tarixində əvəzedilməz rolu və yeri olan bir şəxsiyyətdir. 
Onun sözlərinə görə, Rəsulzadənin AXC-nin quruculuğundakı rolu əvəzedilməzdir:



“İndi isə fərqli zamandır. Rəsulzadə heç vaxt Azərbaycan dövlətinə arxa çevirməyib. Ümumiyyətlə, Əli Kərimlinin “zəmanəmizin Rəsulzadəsi” deyə təqim edilməsi sadəcə olaraq bu adamların öz üzərlərində şit zarafatından başqa bir şey deyil. Artıq mövzu tapıb gündəmi nə ilə dolduracaqlarını bilmirlər. Azərbaycan hakimiyyətinə qarşı şərləri işə yaramadığına görə, indi də bu mövzuda fikir mübadiləsi aparırlar. Bütün bunlar gülüncdür”. 

Analitik qeyd edib ki, Əli Kərimli milli xətdən sapmış bir adamdır:

“Əli Kərimli Əblüfəz Elçibəyin idealogiyasına xəyanət edib. Elçibəy də Rəsulzadə yolunun davamçısı olub. Əbülfəz bəyə həyatda ikən xəyanət edib onun ideyalarına arxa çevirən bir adam heç bir halda Rəsulzadə yolunun davamçısı ola bilməz. Bu, çox gülünc bir haldır.
Milli Şura adlanan amorf qurum artıq nə edəcəyini özü də bilmir. Onların “fəaliyyətləri” balaca uşaqların evcik-evcik oyununa bənzəyir. Fikrimcə, artıq bu adamların Azərbaycan siyasi arenasında mövcudluğu sadəcə olaraq insanların dodağının qaçması, kefinin açılması və məzə obyektindən başqa heç nəyə yaramır. Onlar real siyasi qüvvə deyillər”.