Paşinyan insan amilini əsas götürmür ! - “Sonuncu əsgərləri də məhv olacaq”

“Həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsək də, erməni tərəfi imtina edib”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb. “Ona görə qərar qəbul etdik ki, onlar birtərəfli qaydada Ermənistana verilsin”, - deyə dövlət başçısı bildirib. 


Düşmənin bu davranışını “Sherg.az”a şərh edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib ki, ermənlərin bütün siyasəti yalan əsasında qurulub. Parlament üzvü vurğulayıb ki, onlar nə işğaldan azad edilmiş torpaqların adını çəkir, nə məhv olmuş əsgələrinin real sayını verir, nə də cəbhədəki real vəziyyəti xalqa çatdırırlar: 

“Hazırda Ermənistanın fikri başqadır. Sadəcə vaxt qazanırlar və fikirlərini bir yerə cəmləyiblər: Yalan danışmaqla 3-cü tərəfi münaqişəyə daxil edib özlərini xilas edəcəklər. 

Ona görə də siyasətlərini maksimum şəkildə yalan əsasında quraraq gözləyirlər ki, bəlkə, hansısa formada vəziyyətdən çıxa bildilər. 
Bu baxımdan Ermənistan rəhbərliyinin meyitlərini qəbul edib, hansısa formada Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq etməsi real deyil”.

S.Seyidovun sözlərinə görə, ermənilər müharibəni sona kimi aparacaqlar, sonuncu əsgərini də məhv etdirəcək:

“Nə qədər vətəndaşının öldüyü düşməni maraqlandırmır. Əksinə məsələyə “nə qədər çox adam qırıldısa, bir qədər yaxşıdır fəlsəfəsi” ilə yanaşırlar. Çünki düşmən bu günü fikirləşmir. 

Onlar sabahkı ağlaşmanı qurmaq üçün hansısa formada yenə də dünyadan vəsait əldə edib, xalqının qırılması ilə bağlı nağıllar söyləməkdən ötrü münaqişəyə başqa ölkələri cəlb edirlər. 

Bir sözlə, Ermənistanın tamamilə fərqli məqsədləri var. Paşinyanı heç vaxt insan amilini əsas götürməyiblər. Təbii ki, belə adamı meyit maraqlandırmır”.