Məsələ həll olunub ! - "Le Monde" qəzeti döyüşlərin Şuşada getdiyini yazırsa..."

"Ermənistan hakimiyyəti təslim bayrağını qaldırmalıdır"

"Erməni əsgərləri təslim olmasalar, hamısı məhv olacaqlar"


“Fransanın nüfuzlu “Le Monde” qəzeti döyüşlərin Şuşa şəhərində getdiyini yazırsa, bu, o deməkdir ki, Ermənistan məğlub olub”.
Bu sözləri "Sherg.az"a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.
Ekspertin sözlərinə görə, onsuz da Ermənistan 27 sentyabrdan etibarən məğlub durumda idi:

"Sadəcə İrəvan bunu başa düşmədi.  Nəticədə 10 mindən çox əsgər və zabit heyəti məhv edildi. Yüzlərlə texnikası sıradan çıxarıldı. Əgər bu gün ermənipərəst Fransa dövlətinin "Le Monde" qəzeti döyüşlərin Şuşada getməsini qeyd edirsə, deməli, məsələ həll olunub. Ermənistan hakimiyyəti təslim bayrağını qaldırmalıdır. Erməni əsgərləri təslim olmasalar, hamısı məhv olacaqlar.  Məqalədə qeyd edildiyi kimi Laçın yolu Azərbaycan ordusunun nəzarətindədir. Onları Kim Kardaşyan bacıları da qurtara bilməyəcək”.