“Ermənistanda siyasi-ideoloji böhran dərinləşəcək”

“Yerli əhali daha ciddi təlatümlərə hazır olmalıdır”

 
Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Sədərək rayonunun Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kərki kəndi nəzərdə tutulur) də Azərbaycana qaytarılacaq”. “Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə erməni politoloq Hrant Melik-Şahnazaryan özünün “Facebook” səhifəsində bildirib.


“Bunu haradan öyrəndiyimi sourşmayın. Cavab internetdə var. Ay yarım əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatını oxuyun. Orada yazılıb ki, Yerasxa ilə yanaşı Paruyr Syak kəndində blokpost quraşdırılacaq. Sonra  xəritədə Paruyr Syakı tapın və hər şey aydın olacaq”, - deyə o, əlavə edib.
O, həmçinin erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan sistemli şəkildə çəkilməsi prosesindən də söz açıb.
“Şurnuxun Sovet dövründə hansı ölkənin bir hissəsi olduğunu müzakirə etdiyimiz zaman, xain Nikol qoşunları Dağlıq Qarabağdan çıxarır. Uşaqları məzuniyyət bəhanəsi ilə Ermənistana gətirilir və sonra onlara deyilir ki, azərbaycanlılar əsgərlərin xidmət yerlərinə qayıtmasına icazə vermirlər. Və bu, mütəmadi olaraq təkrarlanır”, - deyə o, bildirib.

Erməni politoloqun belə bir fikir səsləndirərək özlərini ifşa etməsi, həqiqətən, təəccüblüdür. Axı biz onlardan həmişə bunun əksini görmüşük- faktı qəbul etməyiblər.  Maraqlıdır, Hrant Melik-Şahnazaryan bu bəyanatı nəyə hesablanıb?

Politoloq Əhməd Əlili sözügedən açıqlama barədə “Sherg.az”a danışıb. Onun fikrincə, bu, yerli müxalifət üçün divident cəhdləridir:
 
“Ermənistanda vəziyyəti gərgin göstərərək siyasi kapital qazanmaq istəyən siyasətçilər kifayət qədərdir. Onlar ciddi mığlubiyyəti bir az da şişirdərək iqtidarın uğursuzluğunu göstərməyə çalışırlar. Beləliklə, öz xidmətlərini təklif edirlər. Hər halda Ermənistanda siyasi-ideoloji böhran dərinləşəcək. Yerli əhali daha ciddi təlatümlərə hazır olmalıdır”.