“İstənilən icazəsiz uçuş legitim hərbi hədəf olacaq”
“Azərbaycan bu barədə dəfələrlə xəbərdarlıq edib”
“Azərbaycanın hava məkanında logistik kodlar ölkəmizə məxsus olduğundan, Xocalı aeroportunun beynəlxalq aviasiya sistemindən çıxarılması gözlənilir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, 2021-ci ildə daha iki DOST” Mərkəzinin açılışı planlaşdırılır. Onun sözlərinə görə, yeni mərkəzlər Binəqədi və Abşeron rayonunda olacaq:
“Quba və Bərdə rayonlarda “DOST” mərkəzlərin açılması üzrə işlərə başlanılacaq. 2025-ci ilə qədər 31 “DOST” Mərkəzi istifadəyə verilməklə, bütün respublikanı əhatə edəcəyik”.
“İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun canlanması, sosial xidmət müəssisələrinin bərpası istiqamətində də planlarımız var. Qarabağda “DOST” Mərkəzləri, Sosial reabilitasiya müəssisələrinin açılması planlaşdırılır”, - deyə o əlavə edib.
Siyasi analitik Züriyə Qarayeva bu barədə fikirlərini “Sherg.az”la bölüşüb:
“ Son 10 ildə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, dövlətin maliyyə ehtiyatlarının və iqtisadi potensialının artmasına gətirdi.
Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə əsas diqqəti bu potensialın işğaldan azad olunmuş bölgələrin dirçəldilməsinə yönəltməsi çox təqdirəlayiq hesab olunur.
Prezidentin söylədiyi kimi, hər şəhər üzrə vahid konsepsiya hazırlanmalıdır. Paralel olaraq, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır.
Ona görə ki, Ermənistan ordusunun işğalına qədər bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20- 30 nəfər. Təbii ki, ilk növbədə, böyük yaşayış məntəqələrinin bərpasına kapital qoyulmalıdır.Torpaq islahatı aparılmalıdır.
Əhalinin yerlərdə gəlir gətirən torpağa sahib olmaları vacib şərtdir. Ölkə başçısı ermənilər tərəfindən vəhşilikə qırılmış meşə sahələrinin bərpasına və turizm sahələrinin yaranmasına da önəm verdiyini bildirdi.
Bu sözlərlə ölkə başçısı həm 30 ilə yaxın doğma yurdlarının həsrətində olan məcburi köçkünlərdə öz torpaqlarına qayıtmaq əminliyini artırmış oldu, həm də Ermənistana revanşist əhvalından uzaqlaşmalı olduğunu vurğuladı”
O, Qarabağa tikiləcək aeroport haqqında da danışıb:
“Beynəlxalq yükdaşımaların və sərnişinlərin səfərlərinin rahatlığında aviareyslərin və hava limanlarının çox böyük faydası vardır.
Bu məqsədlə prezidentin tapşırığı ilə Laçın və ya Kəlbəcər rayonlarından birinin ərazisində aeroport tikilməsi üçün əlverişli relyefin araşdırılmasına göstəriş verib.
Yüksək dağlıq ərazilərdə yerləşən bu bölgədə hamar relyefin seçilməsi çətin olsa da, həmişə olduğu kimi prezident İlham Əliyevin əzmkarlığı, dağlar qoynunda müasir tələblərə cavab verən hava limanının tikilməsi ilə buralara xarici investisiyaların cəlb olunmasına təkan verəcək. Füzulidə beynəlxalq hava limanının tikilməsi də strateji əhəmiyyət kəsb edir.
Kiçiktutumlu təyyarələrin qəbulu üçün inşa edilmiş və beynəlxalq standartlara cavab verməyən Xocalı aeroportunun bağlanması gündəmə gələ bilər. Hazırda limanın yerləşdiyi ərazilər bizim nəzarətimizdə olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir.
Ermənistandan Xocalı aeroportuna heç bir uçuş həyata keçirilə bilməz. İstənilən icazəsiz uçuş legitim hərbi hədəf olacaq. Azərbaycan bu barədə dəfələrlə xəbərdarlıq edib.
Rusiya tərəfi sülhməramlılara logistik dəstək üçün Xocalı aeroportunun açılmasını israr edir. Hətta bu limanın açılışı tarixini də yanvarın 10-na anons etmişlər. Azərbaycan isə haqlı olaraq, buna razılıq vermir. Yəni bu, siyasi-strateji əhəmiyyət kəsb edən məsələdir. Biz buna icazə versək, arzuolunmaz fəsadlar ortaya çıxa bilər. Rusiya ən azı beş il Qarabağda olacaq. Bu baxımdan Füzulidə açılacaq aeroport vasitəsilə Rusiya təyyarələri Azərbaycanın nəzarəti altında eniş edəcək.
Bununla da Rusiyanın Xocalıdakı aeroportdan birtərəfli şəkildə istifadənin qarşısı alınacaq. Qarabağda olan Türkiyə hərbçiləri üçün də əlverişli olacaq Füzuli aeroportunun əhəmiyyəti böyük olacaq. Həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına cavab verəcək Füzuli hava limanı həm də Avropa və Asiya ölkələri arasında tranzit rolu oynayacaq beynəlxalq statusa malik olacaqdır. Azərbaycanın hava məkanında logistik kodlar ölkəmizə məxsus olduğundan, Xocalı aeroportunun beynəlxalq aviasiya sistemindən çıxarılması gözlənilir”.
Z. Qarayevanın fikrincə, bu, düşməni daha da çıxılmaz vəziyyətə qoyacaq:
“Zənnimcə, artıq inşasına start verilən avtomobil, dəmiryolu və aeroportlar, yaxın gələcəkdə ölkəmizin beynəlxalq kommunikasiya xətlərinin, tranzit karbohidrogen ötürücü xətlərin keçdiyi dövlət kimi beynəlxalq arenada çəkisini daha da artıracaq. Uğurlu neft strategiyası, düşünülmüş iqisadi islahatlar, müdafiə sənayesi kompleksinə söykənən hərbi strategiya və balanslaşdırılmış xarici siyasət, həmişə kimlərinsə vassalı olmuş ermənilərin Azərbaycana qarşı torpaq iddialarını puç edəcəkdir”.