Rusiyanın sanksiyaları bizə maneə olmayacaq - Avropa Birliyi 

Rusiyanın sanksiyaları Avropa Birliyinin insan haqları, demokratiya və beynəlxalq hüququ dəstəkləməyə davam etməsinə və insan hüquqları ilə bağlı pozuntulara cavabdeh olanların məsuliyyətə cəlb edilməsinə maneə olmayacaq.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

Qeyd edək ki, Rusiya Avropa Birliyinin 8 rəsmi nümayəndəsinə sanksiya tətbiq edib.