Koçaryandan demarş cəhdi:“Ermənistanda Rusiyanın mövqeyini gücləndirmək...”

  “Ermənistanda 8-ə yaxın ehtiyatda olan general və başqa yüksək rütbəli zabitlər Robert Koçaryana dəstək bəyanatı verərək, Nikol Paşinyanı vətəni satmaqda ittiham ediblər”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Koçaryan ehtiyatda olan hərbçiləri öz ətrafına toplamaqla yeni güc ortaya qoymağa çalışır: 

“Rusiyada yaşayan milyader Ara Abramyan da seçkilərə qatılmaq üçün Ermənistana gəlib. Hər iki şəxs Moskvaya yaxın isimdir və onların seçki günü birləşməsi mümkündür. Koçaryan və Abramyan Ermənistanda revanşistləri təmsil edirlər. Hər iki şəxsin seçkidə qalib olması Ermənistan üçün müsbət heçnə vəd etmir. Bu cür şəxslərin meydana atılmasının məqsədi Ermənistanda Rusiyanın mövqeyini gücləndirmək və Azərbaycanla düşmənçilyi davam etdirməkdir. İyunun 20-də keçiriləcək seçkilərdə Paşinyanın seçilməsi orduda növbəti dəfə etirazların baş qaldırmasına səbəb ola bilər. Ümumiyyətlə, Ermənistanda baş verənlərdən aydın olur ki, bu ölkə ilə sülh müqaviləsi bağlamaq bir müddət mümkün görünmür. Ona görə də Azərbaycan öz sərhədlərində möhkəmlənməli və Ermənistana güzəşt tanımamlıdır”.