"Bəzən sosial şəbəkələrdə Türkiyənin Qarabağ məsələsinin həllində rolunu kiçiltməyə çalışırlar".
Bu sözləri "Sherg.az"a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. O qeyd edib ki, hətta irəli gedərək qardaş Türkiyənin əleyhinə antitəbliğat aparırlar:
. Guya Türkiyənin marağı var idi və sair gülməli arqumentləri gətirirlər. Bu, qüvvələrin haradan qaynaqlandığı bəllidir. Gülməli arqumenti ortaya atanların feysbuk profilinə nəzər salarkən onların ideoloji bağlılığı ortaya çıxır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şuşada buna bir daha son qoydu. Prezidentin Azərbaycan Qarabağda Ermənistanın işğalına Türkiyənin dəstəyi ilə son qoydu ifadəsi, qardaş ölkənin dəstəyinin hansı səviyyədə olduğunu isbatlayır. Şuşa bəyannaməsi həm də Türkiyənin vətən müharibəsində rolunu kiçiltməyə çalışan qüvvələrə yaxşı cavab oldu. Unutmaq olmaz ki, müharibədə təkcə Ermənistanla döyüşmürdük, eyni zamanda işğalçı ölkəni dəstəkləyən qüvvələrə qarşı mübarizə aparırdıq”,-deyə ekspert əlavə edib.
Elnur Eltürk bildirib ki, Qarabağın azadlığı şəhidlərimizin qanı hesabına əldə olunub:
“Bunu heç kim inkar edə bilməz. Onlar qanları ilə şərəfli tarixi yazdılar. Müharibədə Azərbaycana beynəlxalq dəstəyin verilməsi xüsusi önəm daşıyırdı. Qardaş Türkiyənin Azərbaycana dəstəyi qələbəni təmin olunmasına gətirib çıxartdı. Beynəlxalq güclərin qarşısında Türkiyə dayandı. Bu dəstəyi unutmaq nankorluq olardı. Həmçinin qardaş Pakistan dövlətinin mənəvi dəstəyi xalqımıza böyük güc verirdi. Pakistan siyasilərinin bəyanatları Azərbaycanın haqlı mövqeyini gücləndirirdi”.