Ermənistanın Konstitusiyasına görə buraxılmış, amma fəaliyyətdə olan Milli Məclisi kvorum (yetərsay) olmadığı üçün yenə iclas keçirə bilməyib.
News.am xəbər verir ki, parlamentə 132 deputatdan yalnız 10-u gəlib.
Xatırladaq ki, parlamentin iclası ötən gün də kvorum olmadığı üçün baş tutmayıb. Onda iclasa yalnız 12 millət vəkili gəlib.
Qeyd edilir ki, parlamentin gündəliyində ümumilikdə 31 məsələ var.