Köçəryan Paşinyanla mübarizədən imtina etməyib

"Robert Köçəryan deputat mandatından rəsmən imtina etdi. O bununla əlaqədar yekəxana, əslində isə Ermənistan parlamentini aşağılayan izahat verib".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Elxan Şahin oğlu bildirib. Onun sözlərinə görə Köçəryan deyib ki, vaxtilə Ermənistanın baş naziri və prezidenti olub, indi isə özünü deputat kimi təsəvvür etmir:

"Görünür, Robert Köçəryan parlament seçkisinə qatıldıqda Nikol Paşinyan üzərində qələbə qazanaraq baş nazir kreslosunu ələ keçirəcəyini proqnozlaşdırırdı. Köçəryan bundan aşağı vəzifəyə razı deyildi. Halbuki, Paşinyan müharibədə ağır məğlubiyyətə baxmayaraq, Köçəryan üzərində qəti qələbə qazandı. 

Köçəryan deputat mandatından imtina etsə də, Paşinyanla mübarizədən imtina etmədiyini bildirib. Başqa sözlə Robert Köçəryan baş nazir olmasa da, ana müxalifət lideri kimi Paşinyanın büdrəməsini və ona qarşı inqilabi hərəkata başlamaq üçün fürsət gözləyəcək".