Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Batumidə keçirdiyi görüşdə vasitəçilik təklif edib. O, bölgədə sülh və sabitliyin əldə olunması üçün Gürcüstanın danışıqlar platformasına çevrilməsinə hazırlığını təsdiqləyib. Tərəflər Gürcüstanın Qafqazdakı müsbət rolunu müzakirə ediblər. Ş.Mişel Gürcüstan baş nazirinin Azərbaycan və Ermənistan arasında uğurlu vasitəçiliyini xüsusilə vurğulayıb.
Politoloq İlqar Vəlizadə Tblisinin sözügedən təşəbbüsü “Sherg.az”a şərh etdi:
“Gürcüstan Ermənistana nə qədər təsir edə bilər? Heç nə qədər. Və, ümumiyyətlə, bunu istədiyindən əmin deyiləm. Ona görə də belə bir platforma lazımi nəticə verməyəcək. Bizə qarşı tərəf üzərində təsir imkanlarına malik vasitəçi lazımdır. Yeri gəlmişkən, xatırladım ki, əvvəlki proseslərdə Gürcüstan sadəcə meydança kimi istifadə olunurdu. Əsas təsir mexanizmi isə ABŞ-ın əlində idi”.