İşlər gedir!- “Zəngəzur dəhlizi mütləq açılacaq” 

Məlum olduğu kimi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev artıq tarixi Azərbaycan torpaqları olan Qərbi Zəngəzur məsələsini gündəmə gətirib. Ermənistan bu mesajdan nəticə çıxarmalıdır. Və, görünür, artıq “güllə hədəfə dəyib”. Belə ki, Ermənistan müxalifətinin liderlərindən biri olan Vazgen Manukyan açıqlamalarının birində deyib: “Zəngəzur isə təkcə Azərbaycan yox, bütün türkdilli xalqlar üçün strateji bir məsələdir. Əsas məqsəd də, məhz Zəngəzurun geri qaytarılmasıdır”. Əslində Zəngəzurun onların torpağı olmadığını özləri də etiraf edirlər.

 Millət vəkili Fazil Mustafa “Sherg.az”a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq: 

“Biz Ermənistanın sərhədlərini tanıyırıq. Laçında ermənilərə yol verdiyimiz kimi, Naxçıvan və Zəngəzurdan da dəhliz istəyirik. Bu, üçtərəfli razılaşmada da öz əksini tapıb. Hazırda Zəngəzur dəhlizinin açılması üçün hərtərəfli işlər gedir”.