Tokioda koronavirusa rekord yoluxma qeydə alındı

Olimpiya Oyunları keçirilən Tokio şəhərində ötən sutkada koronavirusa 2848 yoluxma qeydə alınıb.
Bu barədə TASS yazıb.
Sözügedən göstərici Tokio şəhəri üçün rekord olub.
Buna qədər isə ən yüksək göstərici (2520) yanvarın 7-də qeydə alınmışdı.